Interposta.Info

“Bank of Baku”nun xarici valyutadan gəlirləri kəskin azalıb

Paradoks
 12-12-2023, 11:13     24 588

2023-cü ilin yanvar-sentyabr aylarında "Bank of Baku”u xarici valyuta əməliyyatlarından 101 min manat gəlir əldə edib.

"İnterPosta" Valyuta.az-a istinadən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövründə bankın xarici valyuta əməliyyatlarından əldə etdiyi gəlirdən 6,4 dəfə, yaxud da 547 min manat azdır.

Belə ki, "Bank of Baku”nun ötən ilin 9 ayında xarici valyuta əməliyyatlarından gələn gəliri 648 min manat təşkil etmişdi.

Bununla belə, bu ilin 9 ayında "Bank of Baku”nun ümumi gəlirləri 103 milyon 733 min manat olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,6 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayları ərzində "Bank of Baku”nun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 21%, yaxud da 6 milyon 457 min manat azalaraq 24 milyon 317 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 30 milyon 774 min manat xalis mənfəət əldə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26