2024-cü ildə Milli Məclisə 51 milyon ayrılacaq - Yeni avtomobillər alındı
Milli Məclisə yeni avtomobillər alınıb.
"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.
İşlər müdiri həmçinin bildirib ki, 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub.
O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26