Interposta.Info

Evsiz deputatlara verilən kirayə haqqının artırılması təklif olunub
 

İqtisadiyyat / Gündəm
 17-11-2021, 18:05     287

"Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".

"İnterPosta" APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26