Interposta.Info

Azərbaycanda dövlətin KİV-ə ayırdığı maliyyənin artırılması təklif edilib

Müxtəlif
 13-11-2017, 13:39     9 804

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan mətbuatına dövlət büdcəsindən maliyyənin artırılması təklif olunub.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov bildirib ki, informasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür. Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var.

H. Məmmədov bildirib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır: “Hesab edirəm ki, ayrılan vəsait yetərincə deyil. Ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalıdır”.

Deputat fiziki qüsurlu şəxslərin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqqından azad edilməsi və ya digər güzəştlərin tətbiqini də təklif edib. O bildirib ki, sosial evlərin tikintisinə maliyyə vəsaitlərinin ayrılması böyük təşəbbüsdür.

Deputat Azərbaycanda aztəminatlı ailələrin, müharibə veteranlarının və valideynləri sağ olan qaçqın usaqların təhsil haqqından azad edilməsinə ehtiyac olduğunu da bildirib: “Onsuz da belə insanların sayı azdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26