Interposta.Info

Azərbaycanda deputatların maliyyə hesabatı verməsi məcburi olacaq

İqtisadiyyat
 17-09-2020, 14:14     672

"Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olunub və payız sessiyası üçün plenar iclasa tövsiyə edilib".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib.

O qeyd edib ki, layihədə başqa şeylərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazılıb:

"Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26