Milli Məclisin komitəsinin iclasında Amnistiya Aktı müzakirə edilir (YENİLƏNİB)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilir.
"İnterPosta" xəbər verir ki, toplantıda "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi müzakirə edilir.
Layihəni parlamentə Prezident İlham Əliyev təqdim edib.
15:44
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb.
"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qanunverici orqana daxil olub.
Layihənin Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılması gözlənilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26