Interposta.Info

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə parlamentin iclasına tövsiyə edildi

Siyasət
 6-10-2021, 15:48     335

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə parlamentin iclasına tövsiyə edildi

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Müstəqillik Günü haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

"İnterPosta" xəbər verir ki, deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26