Interposta.Info

18 oktyabr qeyri-iş günü olsun - Milli Məclisdən təklif

Ölkə
 11-10-2021, 16:33     308

"Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir”.

Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında "Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, indiki qüvvədə olan sənədlərə görə 28 May qeyri-iş günü və 18 oktyabr iş günüdür: "Mən bunlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. Dövlət bayramı gününün qeyd edilməsi Prezidentin fərmanında varsa, onun peşə günü kimi qeyd edilməsini istəmirik. Hər iki bayram günü qeyri-iş günü kimi qeyd edilməlidir”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26