Interposta.Info

Hərbçilərin maaşları artırılacaq (RƏSMİ)

 

İqtisadiyyat / Manşet
 11-11-2021, 19:44     11 565

"Hərbi qulluqçuların maaşlarının artırılması nəzərdə tutulub”.

"İnterPosta" xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bununla bağlı dövlət büdcəsində müəyyən artımlar var. Hesab edirəm ki, əhəmiyyətli artımlar olacaq”, - nazir bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26