Interposta.Info

2019-cu ildə maaşlar artırılacaq

Gündəm
 7-11-2018, 14:30     10 571

Gələn il büdcə təşkilatlarında çalışanların maaşları artırılacaq.

Bu barədə Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə büdcə təşkilatlarında çalışanların əmək haqqlarının artırılmasına qərar verilib.

Samir Şərifov bildirib ki, bu qərarın maliyyə təminatı üçün əlvə 620 milyon manat tələb olunur və bu 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26