Interposta.Info

 

Mikayıl Cabbarov: “Cari ildə qeyri-neft-qaz sektorunun bütün sahələrində artım qeydə alınıb”

Ölkə
 2-11-2023, 12:20     21 801

“Cari ildə qeyri-neft-qaz sektorunun bütün sahələrində artım qeydə alınıb”.

“Trend”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda istehsalın artımına sənaye zonalarının istehsalı müsbət təsir göstərir.
Onun sözlərinə görə, cari ildə qeyri-neft-qaz ixracında 11 faiz artım müşahidə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 milyard 399 milyon 895 min manat, yerli gəlirləri 773 milyon 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 980 milyon 547 min manat, yerli xərcləri 782 milyon 453 min manat) məbləğində tərtib edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26