Interposta.Info

İllik inflyasiya 3 dəfədən çox azaldı

İqtisadiyyat
 1-11-2023, 16:34     23 167

2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda (4±2%) olmaqla 5,1 % səviyyəsinə düşüb.

"İnterPosta" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınan illik inflyasiya (15,6 %) ilə müqayisədə 3 dəfədən çox aşağıdır.

İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5,2 % olub.

"Mərkəzi Bankın oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olub”, - AMB-dən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26