Interposta.Info

Polşada inflyasiya son 25 ildə rekord həddə çatdı

İqtisadiyyat
 31-08-2022, 15:12     472

Polşada inflyasiya artmaqda davam edir və avqustda 16,1%-ə çatıb. Bu barədə ölkənin Baş Statistika İdarəsinin dərc etdiyi məlumatda qeyd edilir.

“2022-ci ilin avqust ayında malların və istehlak xidmətlərinin qiymətləri, ilkin hesablamalara görə, 2021-ci ilin avqust ayı ilə müqayisədə 16,1% artıb. Bu, qiymətlərin və malların artımının 16,6% səviyyəsində olduğu 1997-ci ildən bəri ən yüksək göstəricidir. İyul ayı ilə müqayisədə mal və xidmətlərin qiymətləri 0,8% artıb. Ötən ay inflyasiya 15,6% təşkil edib”, - deyə bildirilir.

Polşada ərzaq illik ifadədə 17,4%, enerji resursları 40,3%, yanacaq 23,3% bahalaşıb./TASS/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26