Interposta.Info

Böyük Britaniyada yeni inflyasiya rekordu qeydə alındı

Dünya
 17-08-2022, 22:14     265

Böyük Britaniyada inflyasiya son qırx ildə görünməmiş sürətlə artır.

"İnterPosta"bu barədə BBC-yə istinadən xəbər verir.

Ötən ay (iyulda) inflyasiya yarım faiz artaraq 10.1 faizə çatıb.

İnflyasiyanın tempi gözləniləndən yüksəkdir və bunda yanacaq və ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə artması mühüm rol oynayıb.

Ölkənin Mərkəzi Bankinin yeni statistik məlumatları Böyük Britaniya iqtisadiyyatının yaxın aylarda tənəzzülə girəcəyi ilə bağlı proqnozunu təsdiqləyir.

Britaniyanın maliyyə naziri Nazim Zəhavi bildirib ki, inflyasiyaya nəzarət onun əsas prioritetidir. Lakin onun sözlərinə görə, qışda yanacağın və enerjinin bahalaşması ilə bağlı inflyasiya bundan da çox arta bilər.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26