Interposta.Info

Müəllimlərin əməkhaqlarına əlavələr üçün ayrılacaq məbləğ açıqlandı

İqtisadiyyat
 30-10-2023, 22:39     19 695

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşdırma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin də diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə 2024-cü ilin Dövlət büdcəsinin zərfində qeyd edilib.

2024-cü ilin dövlət büdcəsinin layihəsində 93,6 milyon manat (müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat) vəsait proqnozlaşdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26