Interposta.Info

Gələn ilin büdcəsində COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq

İqtisadiyyat
 3-09-2020, 12:21     726

Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.

"İnterPosta" xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.

Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26