Interposta.Info

Bu ilin büdcə kəsiri ilə bağlı yeni rəqəm:

İqtisadiyyat
 20-06-2018, 13:12     10 616

2018-ci ilin birinci rübündə icmal büdcənin gəlirləri 7032,7 milyon manat (keçən ilin eyni dövrü ilə müqayisədə 1383,1 milyon manat və ya 24,5 faiz çox olub.

"XeberBiz" modern.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, icmal büdcənin xərcləri 4758 milyon manat (keçən ilin eyni dövrü ilə müqayisədə 1994,7 milyon manat və ya 29,5 faiz) icra olunub. İcmal büdcə kəsrlə proqnozlaşdırılsa da, faktiki olaraq cari ilin birinci rübündə 2274,7 milyon manat profisit əldə olunub.

2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 milyon manat artırılaraq 951 milyon manat səviyyədə proqnozlaşıdırılır. Bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq. Kəsrin yuxarıda qeyd edilən artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.

Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28086,8 milyon manat olacaq. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3981,1 milyon manat və ya 16,5 faiz artacaq.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1600,2 milyon manat artırılaraq, 26537 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1549,8 milyon manat profisitlə proqnozlaşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26