Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırılır
Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20 milyon manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.
APA-nın məlumatına görə, bu, "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.
Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 milyon manat (36,1 %), 2020-ci ilin faktiki icrasından isə 10,5 milyon manat (2,1 dəfə) çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182 milyon manat olacağı proqnozlaşdırılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26