Interposta.Info

Hava məkanımızda aviaşirkətlərin sayı artır: Qiymətlər ucuzlaşacaq?

İqtisadiyyat
 7-09-2023, 14:41     348

"Düşünürəm ki, qiymətlərə ən güclü təsir edən addımlardan biri quru sərhədlərin açılması ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Gürcüstanın "Georgian Wings” aviadaşıyıcısının Bakıya uçuşunun təşkilindən danışarkən deyib.

Onun sözlərinə görə, bu, hava daşınması ilə məşğul olan aviaşirkətlərin biletlərinin qiymətlərinə də təsir edəcək:


"Xarici şirkətlərin bazara buraxılması və bazarda daha çox oyunçunun olması müsbət haldır. İstər-istəməz rəqabətli mühiti artıran və qiymətlərə təsir edən amildir. Əgər, həmin uçuşların birbaşa həyata keçirilməsində AZAL-ın hansısa müdaxiləsi, qiymətlərin formalaşmasına təsir olmayacaqsa, bu, müsbət gəlişmədir”.

Natiq Cəfərli qeyd edib ki, uçuş və hava şirkətlərinin sayı artıqca qiymətlərdə də müsbət dəyişiklik ola bilər.

Qeyd edək ki, bu gündən Gürcüstanın "Georgian Wings” aviadaşıyıcısı həftədə 3 dəfə olmaqla Bakıya uçuşu təşkil olunur. Bundan əlavə "IndiGo” (Hindistan), "Aegean Airlines” (Yunanıstan) və "Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşları həyata keçiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26