Interposta.Info

AZAL Azərbaycana belə zərbə vurur... - Ekspert

İqtisadiyyat / Paradoks
 22-03-2021, 19:45     960

"Azərbaycanda aviabiletlərin qiymətinin baha olmasının yeganə səbəbi AZAL-ın inhisarçılıq siyasətidir".

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıdan Türkiyənin İstanbul şəhərinə uçuş biletlərinin qiymətinin 300 dollara olmasına münasibət bildirərkən deyib. O deyib ki, AZAL nəinki bazara nəzarəti tam öz əlinə götürüb, hətta bazara daxil olmaq istəyən şirkətlərə süni əngəllər yaradır:


"Ya da buraxdığı şirkətlərlə öz qaydalarına uyğun işləməsinə, yəni, AZAL-ın qaydalarına uyğun işləməsi üçün təzyiq göstərir. Yoxsa həmin şirkətlərin Azərbaycan bazarında işləməsinə maneçiliklər törədərlər. Ona görə də lokos şirkətlər, ucuz hava daşımaçılığı olan şirkətlər Azərbaycana gələ bilmirlər. Gəlsələr də, AZAL-ın qaydaları ilə işləməyə məcbur qalırlar".

Natiq Cəfərli qeyd edib ki, AZAL-ın bu inhisarçılıq siyasəti həm ölkə vətəndaşlarının cibinə ziyan vurur, həm də postpandemiya dövründə turizmin inkişafı üçün əsas əngəllərdən biridir:

"AZAL-ın bu siyasəti nəticədə Azərbaycanın turizm potensialına da böyük zərbə vurur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26