Interposta.Info

Bolqarıstan "LUKoyl"la müqaviləni vaxtından əvvəl ləğv edir

İqtisadiyyat
 22-07-2023, 11:47     304

Bolqarıstan parlamenti Rusiyanın "LUKoyl" şirkəti ilə Qara dəniz sahillərində yerləşən terminalın icarəsinə dair müqaviləni qüvvədən salıb. Cümə günü qəbul edilən qanun 35 illik icarə müqaviləsini 23 il tez yekunlaşdırır.

Qeyd edək ki, terminal Rusiya şirkətinin Bolqarıstanda sahib olduğu neft emalı zavodunu neftlə təchiz edir.

Parlamentin qəbul etdiyi qanuna əsasən şirkət bir həftə ərzində terminalın idarəçiliyini Bolqarıstan hökumətinə təhvil verməlidir. Bundan sonra terminaldan istifadə üçün "LUKoyl" yüksək haqq ödəməli olacaq ki, bu da Burqasda yerləşən emal zavodunun məhsullarının dəyərini artıracaq.

Qanun layihəsi Bolqarıstan prezidenti Rumen Radev tərəfindən təsdiqlənməlidir. Rusiyaya müsbət mövqeyi ilə tanınan prezident qanuna veto qoyarsa, parlament səs çoxluğu ilə onu qüvvəyə mindirə bilər.
Bloombergin yazdığına görə, bu addım Bolqarıstanın Ukraynanı aktiv şəkildə dəstəkləyən yeni hökumətinin istəyi ilə atılır. Əvvəlki hökumət "LUKoyl"un Bolqarıstandakı emal zavodunun 2022-ci ilin iyununa qədər bağlanmış müqavilələr əsasında Rusiyadan dənizlə daşınan neftlə təchizini Avropa İttifaqının sanksiyalarından kənarda saxlamağı bacarıb. Yeni hökumət artıq 2024-cü ilin dekabrına qədər qüvvədə olması nəzərdə tutulan bu istisnanın aradan qaldırılmasına nail olacağını açıqlayıb./musavat.com

İnterPossta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26