Interposta.Info

“Lukoyl”un qurbağa zəhəri, xoruz qanı içən keçmiş baş meneceri öldü  (FOTO)

Dünya
 10-05-2022, 12:22     228

Rusiyanın neft nəhəngi "Lukoyl”un keçmiş baş meneceri Aleksandr Subbotin Moskvada iştirak etdiyi şaman ritualı zamanı dünyasını dəyişib.

"Lukoyl”un keçmiş baş menecerlərindən biri, milyarder Aleksandr Subbotin Moskvanın Mitiş rayonunda keçirilən şaman ritualında "alternativ təbabət” adı altında qurbağa zəhəri və xoruz qanından istifadə edib.

Aleksandr Subbotin ritualdan sonra özünü yaxşı hiss etməyib. Ancaq onlar həkim briqadasını çağırmayıb və "Korvalol” adlı bitki mənşəli dərmanla xəstəni sağaltmağa çalışıblar.

Qeyd edək ki, əvvəl "Lukoyl”un direktorlar şurasının üzvü olan Subbotin daha sonra "Novaya Transportnaya Kompaniya” logistika şirkətinin rəhbəri olub./qaynarinfo.az

İnterPosta.info

“Lukoyl”un qurbağa zəhəri, xoruz qanı içən keçmiş baş meneceri öldü  (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26