Interposta.Info

Vahid Ələkbərov “Lukoyl”un təxminən

İqtisadiyyat
 5-09-2017, 07:24     8 241

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.

Virtualaz.org bildirir ki, bu barədə “Vedomosti” şirkətə istinadən məlumat yayıb.

Beləliklə, V.Ələkbərovun “Lukoyl”da payı 2,429%-dən 2,464%-dək artıb.

Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərinin sahibidir.

Onu da xatırladaq ki, dünən Vahid Ələkbərovun bul il 693 mln. dollar itirdiyi barədə xəbər yayılmışdı. Bildirilirdi ki, hazırda onun sərvəti 11,3 mlrd. dollara bərabərdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26