İranın Azərbaycandakı səfirliyi məhkəməyə verildi
İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfriliyi məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsidir.
Komitənin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Ehtimal olunur ki, məhkəmə çəkişməsi səfirliyin yerləşdiyi bina ilə əlaqədardır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26