Interposta.Info

Maşınqayırma zavodu “Azərsu”nu məhkəməyə verdi

Ölkə
 2-04-2022, 15:34     418

"Azərsu” ASC məhkəməyə verilib.

"İnterPosta" xəbər verir ki, iddiaçı "Bakı Neft Maşınqayırma Zavodu” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur.

"Bakı Neft Maşınqayırma Zavodu” MMC vaxtilə dövlət müəssisəsi olub və ASC kimi fəaliyyət göstərib. 2019-cu ildə müəssisə özəlləşdirilib. Bundan sonra zavod təşkilatı hüquq formasını dəyişərək MMC-yə çevrilib. Zavodun kim tərəfindən özəlləşdirildiyi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Bakı Neft Maşınqayırma Zavodu” MMC-nin nizamnamə kapitalı 16 100 000 AZN-dir. MMC-nin qanuni təmsilçisi Qarayeva Mətanət Cümşüd qızıdır. O, 2013-cü ildə ölkə başçısının sərəncamı ilə maşınqayırma sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə "Tərəqqi” medalı ilə təltif edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26