Interposta.Info

Gömrük Komitəsinin yeni sədri kimdir? - DOSYE

İqtisadiyyat
 15-02-2023, 18:28     569

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Dövlət Gömrük Komitəsi sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"İnterPosta"Şahin Bağırovun tərcümeyi-halını təqdim edir:

12 yanvar 1965-ci ildə Bakıda anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni alıb.

2014-cü ilin yanvar ayında Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunub.

6 iyul 2018-ci ildə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. 2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

Şahin Bağırova 28 yanvar 2005-ci ildə gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilib.

Qeyd edək ki, Şahin Bağırov bu vəzifədə ötən il işdən çıxarılan Səfər Mehdiyevi əvəzləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26