Interposta.Info

Şahin Bağırov polkovnikə yüksək vəzifə verdi 

Ölkə / Manşet
 30-08-2022, 18:32     1 271

Dövlət Gömrük Komitəsi Katibliyinə yeni rəis təyin edilib.

"İnterPosta" Qaynarinfo-ya istinadən məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, gömrük xidməti polkovniki Əsgər Məmmədov sədrin birinci müavinin köməkçisi vəzifəsindən azad edilib.

Şahin Bağırovun digər əmri ilə, gömrük xidməti polkovniki Əsgər Məmmədov Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsinə gətirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Ə Məmmədov komitədə bir sıra vəzifələrlə yanaşı, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini vəzifəsində də çalışıb.

Xatırladaq ki, bundan əvvəl Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26