Interposta.Info

Daha bir general vəzifəyə təyin olundu

 

Ölkə
 15-08-2022, 15:22     928

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis əvəzi təyin edilib.

"İnterPosta"-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə gömrük general-mayoru Güloğlan Muradlı təyin olunub.

Qeyd edək ki, Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müavin təyin olunmuşdu.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu ilin 14 iyul tarixində saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26