Bakı Baş Gömrük İdarəsinin rəisi dəyişib
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov sərəncama göndərilib.
“Report” xəbər verir ki, onun yerinə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin olunub.
Bundan başqa, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev də sərəncama göndərilib. Onun yerinə Məsum Eynalı oğlu Rəsulov təyin edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26