Interposta.Info

Azərbaycanda daha bir general saxlanıldı (İDDİA)

Ölkə / Manşet
 15-07-2022, 09:44     610

Gömrük xidmətinin daha bir generalı saxlanılıb.

"İnterPosta" Qaynarinfo-ya istinadən məlumatına görə, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi əməliyyat zamanı istintaqa təhvil verilib.

Güman edilir ki, onun saxlanılmasına səbəb Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilovla bağlı aparılan istintaqın nəticələrinə görədir.

Qeyd edək ki, Rəsulov Məsum Eynalı oğlu 26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunmuşdur. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olmuşdur.
9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlamışdır.
Ətraflı

29.05.2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və hal-hazırda Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir. Dörd övladı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26