Interposta.Info

Bakıda üç şirkət məhkəməyə verildi (SƏBƏB)
 

İqtisadiyyat
 30-11-2022, 19:24     90

Bakıda üç şirkət mühasibat üçotunun tələblərini pozduqları üçün məhkəməyə verilib.

"İnterPosta"nın məlumatına görə, "Global Interiors Group" MMC, "Netframe” MMC və "HACIZADƏ QRUP" MMC 462.1 maddəsinin tələblərini pozduqları üçün məhkəmə cərimə olunmaları üçün müraciət olunub.

Qeyd edək ki, 462.1 maddə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26