Interposta.Info

Neftimizin qiyməti bahalaşdı

İqtisadiyyat
 13-09-2022, 09:35     227


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,5 ABŞ dolları və ya 2,63% artaraq 97,6 dollar təşkil edib.
Ətraflı

Hərraclarda "Brent” markalı neftin oktyabr fyuçersləri 93,73 ABŞ dollara satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26