Interposta.Info

Azərbaycanda ən çox maaş alan şəxslər (SİYAHI)

İqtisadiyyat
 2-06-2022, 20:23     326

İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri 20463,2 milyon manat və ya hər nəfərə orta hesabla 2037,5 manat təşkil edib.

Bu barədə "İnterPosta"-ya Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Rəsmi rəqəmlərə əsasən, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 18135,0 milyon manatlıq vəsait qalıb.

Əhalinin gəlirlərinin əsas göstəriciləri

Azərbaycanda ən çox maaş alan şəxslər (SİYAHI)


2022-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809,0 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 3605,8 manat, qeyri neft-qaz sektorunda 754,8 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 754,8 manat, özəl müəssisələrdə isə 872,6 manatdır.

2022-ci ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqqı (manat)



Qeyd edək ki, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26