Interposta.Info

BMT: "Gələn il kəskin qiymət artımı ola bilər"

İqtisadiyyat
 19-11-2021, 23:32     268

Əgər pandemiyanın yaratdığı problemlər həll olunmazsa, konteyner daşınmalarına məzənnənin artması səbəbindən 2022-ci ildə dünya istehlak mallarına kəskin qiymət artımı ilə üzləşə bilər. BMT-nin Ticarət və inkişaf agentliyinə (TİA) istinafən AFP agentliyi belə məlumat yayıb.

TİA hazırkı məqamdan başlayaraq 2023-cü ilədək dünyada ümumi idxal qiymətlərinin səviyyəsinin 11%, istehlak qiymətlərinin isə 1,5% arta biləcəyini açıqlayıb.

- Çatdırılma zəncirindəki qırılmalar, limanların məhdudiyyətləri və terminalların qeyri-effektiv işi aradan qaldırılmayana qədər gələn il dünyada istehlak qiymətləri əhəmiyyətli dərəcədə artacaq,- TİA-nın dəniz nəqliyyatı üzrə 2021-ci ilin yekunları barədə hesabatında bildirilir.

Koronavirusdan təcrid vaxtı insanlar pulu xidmətlərə yox, əmtəəyə xərclədiyindən, 2020-ci ilin ikinci yarısından başlayaraq, malların çatdırılma zənciri misilsiz tələbatla üzləşdi. Amma tələbatın artımı konteyner daşıyan nəqliyyat vasitələrinin yükgötürmə imkanları, konteynerlərin və işçi qüvvəsinin çatışmazlığı, limanlardakı tıxac və COVİD-19-la bağlı məhdudiyyətlər də nəzərə alınmaqla bir neçə praktik zərbə ilə üzləşdi.

"Uyğunsuzluq demək olar ki, konteynerlə ticarətin bütün marşrutlarında konteyner kirayəsi qiymətlərinin rekord səviyyəyə qalxmasına gətirib çıxarıb. Dəniz daşımaları normal məcraya qayıtmayana qədər konteynerlərin kirayə qiymətlərinin cari artımı ticarətə güclü təsir göstərəcək və sosial-iqtisadi bərpa prosesini, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə, sarsıdacaq”, - TİA-nın baş katibi Rebeka Qrinspan vurğulayıb.

TİA-nın hesabatında pandemiyanın sözügedən sahədə əvvəllər mövcud olan problemləri, xüsusilə də işçi qüvvəsi çatışmalığını və infrastrukturdakı boşluqları dərinləşdirdiyi qeyd olunur./azvision.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26