Interposta.Info

Neft qiymətlərinin artımı Azərbaycana nə verir? - Ekspert

İqtisadiyyat
 3-10-2018, 19:06     10 359

Sentyabr ayında ancaq “Azəri-Çıraq-Günəşli” layihəsindən Neft Fonduna mənfəət şəklində 860 mln dollar vəsait daxil olub.

Bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. O bildirib ki, neft qiymətlərinin son həftədə yüksəlişi proqnozları daha da pozitiv etdi:

“Bir neçə dəfə qeyd etmişdim ki, sentyabrda “Azəri-Çıraq-Günəşli” layihəsindən gözləntilərim 800 milyon dollar mənfəətin qazanılmasıdır. Neft Fondu gəlirlərlə bağlı ilin əvvəlindən olan məlumat açıqlayıb. Onu təhlil edib gördüm ki, bu, mənim proqnozlarımdan belə çoxdur. 8 ayda “Azəri-Çıraq-Günəşli” layihəsindən gələn mənfəət isə 7 401 mln dollar təşkil edib”.

Ekspertin sözlərinə görə, İran faktoru ən azı bazarlarda gərginliyi yaxın iki ayda saxlamaqda davam etdirəcək:

“IV rübdə dünya bazarlarında neftin qiyməti daha çox 80-85 dollar dəhlizində ola bilər. Onda bu zaman kəsiyində “Azəri-Çıraq-Günəşli” layihəsindən 2,6-2,7 mlrd dollar mənfəət proqnoz etmək mümkündür. Bununla da nəticədə 2018-ci ilin yekunlarına görə layihədən dövlətin xalis mənfəəti 10 mlrd dollara qədər arta bilər. Neft Fondunun ümumi gəlirlərinin isə bu il təqribən 10,8 mlrd dollar təşkil etməsi proqnozlaşdırılır”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26