Xoşbəxt Yusifzadə: “Azərbaycanın mənfəət neftinin payı artacaq”

Azərbaycan mənfəət neftinin payıma "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın ümumi həcmindən 200 milyon ton neft düşür.
“Trend”in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransında deyib.
X.Yusifzadə qeyd edib ki, Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək.
Onun sözlərinə görə, 1997-ci ilin noyabrından 2017-ci il iyunun 1-nə AÇG-dən 428,4 milyon ton neft və 133 milyard kubmetr səmt qazı hasil olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26