Interposta.Info

Pandemiyanın ən çox ziyan vurduğu sahələr AÇIQLANDI

İqtisadiyyat
 24-02-2021, 22:16     515

COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycanda ümumi yükdaşımaların 2020-ci ildə 2019-cu illə müqayisədə 19,8% azalmasının ölkə üzrə iqtisadi artıma təsiri Eviews-10 proqram paketində qiymətləndirilib.

"İnterPosta"nın məlumatına görə, AMEA İqtisadiyyat İnstitunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarov bildirib ki, Azərbaycan üzrə vahid nəqliyyat sisteminə daxil olan bütün nəqliyyat növləri üzrə yükdaşımaların dinamikası statistik mənbələr əsasında təhlil olunub.

Tədqiqat nəticəsində müəyyən edilib ki, vahid nəqliyyat sistemi üzrə pandemiya hesabına dəymiş ziyan ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalarda müşahidə edilib. Dəniz nəqliyyatı və hava nəqliyyatı üzrə yükdaşımalar isə 2020-ci ilin 2-ci yarısından başlayaraq artdığından həmin sahələrdə yükdaşımaların həcmində 2020-ci il üzrə artım müşahidə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26