Interposta.Info

Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 3% artıb

İqtisadiyyat
 17-07-2020, 11:49     791

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-iyun ayları ərzində 7,2 mln. ton yük, 1 323,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "İnterPosta"ya verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,1% artım, sərnişin daşınmasında isə 16,1% azalma müşahidə olunub.

Məlumata əsasən, hesabat dövrü orta hesabla sutkada 315 vaqon yüklənib, 370 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib", - komitədən bildirilib

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26