Interposta.Info

Ukraynada 23 milyon dəyəri olan Azərbaycan siqareti ələ keçirildi (FOTO/VİDEO)

İqtisadiyyat
 8-09-2020, 13:46     1 115

Ukraynanın Odessa vilayətinin Qara dəniz limanında dəyəri təqribən 23 milyon qriven (təxminən 1 milyon 407 min manat) olan 1185 yeşik rekord həcmdə sayıla biləcək qaçaq siqaret çay adı altında Ukraynaya keçirilərkən saxlanılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayııb.

"Həcminə görə son dövrlərin ən irihəcmli qaçaqmalı sayılan siqaretlər dünən Urraynaya keçirilərkən Odessada Qara dəniz limanında ələ keçirilib. İşbazlar istəylərini reallaşdırmaq üçün siqaret dolu yeşikləri çay adı altında limana daxil ediblər. Sərhədçilər yük maşını konteynerlərində 1185 yeşik qeydiyyatdan yayındırılmış əcnəbi istehsal olan siqaret ələ keçiriblər. Tütün məmulatlarının təqribi qiyməti 23 milyon qriven təşkil edir", - deyə məlumatda bildirilir.

Qaçaq siqaretlər Qara dəniz limanına teploxodla Gürcüstandan gətirilib.

Qeyd edək ki, ələ keçirilən qaçaqmal Naxçıvan istehsalı olan "Want" və "Keno Club" marka siqaretlər olub.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26