Interposta.Info

Azərbaycanda siqaretlər bahalaşır - YENİ QİYMƏT

İqtisadiyyat
 30-06-2020, 11:21     701

Azərbaycanda gələn aydan siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir.

"İnterPosta" mediapost.az-a istinadən xəbər verir ki, artıq bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb.

Mağaza sahiblərinə gələn ayın 1-dən sonra ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığını da ediblər.

"LD", "Sobranie", "Kent" və digər markalı siqaretlərin qiymətində 40 qəpiyə qədər artım gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26