Interposta.Info

Azərbaycanda şəxsi avtomobillərə benzin satılmır? - Rəsmi

İqtisadiyyat
 30-03-2020, 11:28     355

SOCAR Petroleum QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.

"İnterPosta" xəbər verir ki, bunu Report-a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:

“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26