Interposta.Info

Rusiyada yanacaq qalxdı – Astana idxalı dayandırdı

Dünya
 30-05-2018, 10:21     10 401

Qazaxıstan Energetika Nazirliyi Rusiyadan benzin tədarükünün dayandırılması ilə bağlı ictimai müzakirələrə başlayıb.

Axar.az xəbər verir ki, nazirlik benzin idxalını üç ay müddətinə dayandırmağı təklif edib. Buna səbəb kimi isə Rusiyada benzin qiymətlərinin artması göstərilib.

Rəsmi Astana bununla Qazaxıstanda benzin qiymətlərinin artımının qarşısını almağı hədəfləyir.

Qeyd edək ki, ötən gün Rusiyada Aİ-92 və Aİ-95 markalı yanacağın qiyməti müvafiq olaraq 76 və 79 qəpik bahalaşıb. Hazırda Aİ-92 41,34 rubla, Aİ-95 isə 44,03 rubla satılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26