Azərbaycanda benzin yenə bahalaşdı
Azərbaycanda “Aİ-98 Super” markalı benzin bahalaşıb
APA-nın verdiyi məlumata görə, bu benzinin 1 litrinin qiyməti 1,20 manatdan 1,30 manata yüksəlib.
Bildirək ki, “Aİ-98 Super” benzini yalnız “SOCAR Petroleum” yanacaqdoldurma məntəqələrində satılır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yeni tarif bu gün saat 8:00-da qüvvəyə minib.
“Bu benzin idxal edilir. Bahalaşmanın səbəbi həmin benzinin alındığı Rumıniyada qiymətinin qalxmasıdır”, - məlumatda bildirilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26