Interposta.Info

Azərbaycanda benzinin qiyməti bahalaşdı —

Ölkə
 13-01-2017, 07:54     608

Azərbaycanda benzinin qiyməti bahalaşdı —

Benzinin qiyməti bahalaşdı.

interposta.info bildirir ki, Ölkə.Az xəbərinə görə, sosial şəbəkələrdə benzinin yeni tariflərinin yerləşdirilməsini əks etdirən fotolar paylaşılıb.

nin bahalaşdığı barədə xəbərlər yayılıb. Yazılanlara görə, Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun "AI-95 Premium" benzin bahalaşıb. "AI-95 Premium" benzinin 0,95 AZN-dən 1,05 AZN-ə qədər artıb. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.
“Benzinin qiymətinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən "Premium Euro-95" markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

interposta.info
Azərbaycanda benzinin qiyməti bahalaşdı —

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26