Interposta.Info

Vahid Əhmədovdan benzinin qiymətinin artmasına -

Müxtəlif
 13-01-2017, 11:46     899

Vahid Əhmədovdan benzinin qiymətinin artmasına -
""AI-92” markalı benzinin də qiymətinin qalxması gözlənilmir”.

interposta.info bildirir ki, bunu BakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, "AI-95” Premium markalı benzin Azərbaycana xaricdən idxal olunduğu üçün qiymətində artım baş verib: "Dolların qiyməti qalxdığı, məzənnə dəyişdiyi və manat ucuzlaşdığı üçün "AI-95” Premium markalı benzinin qiymətinə təsir etdi. Nəticədə də qiymət artımı oldu.

Tarif Şurası "AI-95” Premium markalı benzinin qiymətini tənzimləmir. Ona görə də qiymət artdı”.

Vahid Əhmədov bildirib ki, "AI-92” markalı benzin Azərbaycanda istehsal olunduğundan, qiytmət artımı da olmayacaq.

Qeyd edək ki, Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətin də artım baş verib. "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26