Interposta.Info

Azərbaycanda nə qədər sürücü premium benzindən istifadə edir? -

Müxtəlif
 13-01-2017, 12:31     708

Azərbaycanda nə qədər sürücü premium benzindən istifadə edir? -
""Aİ-95" premium markalı benzinin qiymətinin qalxması digər sahələrə elə də ciddi təsir etməyəcək”.

interposta.info xəbər verir ki, bunu BakiPost.az-a iqtisadçı Natiq Cəfərli benzinin qiymətinin artmasının hansı sahələrə təsir edəcəyini şərh edərkən deyib.

O bildirib ki, təqribən 10-12 faiz avtomobillər "Aİ-95" premium markalı benzin növündən istifadə edir: "Ölkəyə həmin benzini bir şirkət gətirir. Həmin şirkətin adlığı qərarla qiymət qalxdı. Bu qiymət artımı dövlət tərəfindən edilməyib. Ona görə də benzinin bu növünün qiymətinin qalxması digər sahələrə ciddi təsir göstərməyəcək. Çünki təqribən 10-12 faiz avtomobillər bu benzin növündən istifadə edir”.
Azərbaycanda nə qədər sürücü premium benzindən istifadə edir? -


Natiq Cəfərli qeyd edib ki, "Aİ-92” markalı benzin və ya dizel yanacağının qiymətinin artması ölkədə ciddi qiymət artımı dalğası yarada bilər: ""Aİ-95" premium markalı benzinin qiymətinin artması ilə növbəti mərhələdə sanki psixoloji bir təməl yaradıldı. Növbəti mərhələdə "Aİ-92” markalı benzin və ya dizel yanacağının artması təbii ki, həm daşınmaların qiymətini, həm də mal və məhsulların, xidmətlərin maya dəyərini qaldıracaq. Bu da ölkədə ciddi qiymət artımı dalğası yarada bilər.

Məsələn kənd təsərrüfatı məhsullarının istehsalında yanacağın maya dəyərinə təsiri təqribən 25-30 faizdir. Yanacağın dəyəri artdıqca kənd təsərrüfatı məhsullarının istehsalında maya dəyəri də artır. Bu da ərzağın və digər xidmətlərin bahalaşmasına səbəb ola bilər.

Əgər bu addımdan sonra Tarif Şurası da "Aİ-92” benzinin və ya dizel markalı yanacağın qiymətini qaldırmağa təşəbbüs etsə, ölkədə bu zaman inflyasiya olacaq.

Onsuz da son dövrlərdə inflyasiya, yəni, qiymət artımı çox sürtələ gedir.. Rəsmi rəqəmlər də bunu sübut edir. Amma bu addımdan sonra daha sürətlənə bilər. Bununla da qiymət artımının daha ciddi olması ehtimalı yüksələ bilər”.

İqtisadçı vurğulayıb ki, Tarif Şurası belə bir addım atsa, yaxın günlərdə ərzaq məhsullarında, mal və xidmətlərdə daha sürətli qiymət artımı müşahidə olunacaq.

Qeyd edək ki, Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.

Qiymət artımı Azərbaycanda istehsal olunan və əksər sürücülərin istfadə etdiyi "Aİ-92” markalı benzinə şamil edilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26