Şimali Koreyada benzin yalnız məmurlara satılır
Şimali Koreyada vətəndaşlara benzin satılması dayandırılıb.
interposta.info bu barədə TASS-a istinadən xəbər verir.
Ölkənin yanacaqdoldurma məntəqələrindən yalnız hakimiyyətdəki Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin ala bilirlər.
Ölkə rəhbərliyi BMT-nin sanksiyasından sonra məhdudiyyət tətbiq edib və məqsəd yanacaq ehtiyatı toplamaqdır.
Şimali Koreya hökumətinin hesablamalarına görə, ölkənin illik neft ehtiyacı 700-900 min tondur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26