Şimali Koreyada gülünc mərasim -

Son vaxtlar həyata keçirdiyi nüvə sınaqları ilə böyük savaş təhlükəsi yaradan Şimali Koreyada qəribə bir mərasim keçirilib.
Axar.az xəbər verir ki, bazar günü atılan və ölkənin ballistik raketi olan Musudan-12-ni hazırlayan qrup paytaxt Pxenyanda böyük sevgi ilə qarşılanıb.
Avtobuslarla Pxenyana girən mühəndis və hərbçiləri yol kənarına düzülmüş minlərlə koreyalı alqışlayıb.
Qeyd edək ki, 787 kilometr yüksəkliyə qalxan Musudan-12 nüvə başlıqlı raketi Yapon dənizinı düşüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26