Interposta.Info

Kələmin kəskin bahalaşmasının səbəbi bilindi - VİDEO

İqtisadiyyat
 4-04-2019, 20:48     10 405

Bazarlarda kələm bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.

Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin artmasının əsas səbəbi kələm ixracının kəskin artmasıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qonşu ölkələrdə yerli kələmə ciddi tələb var. Bu səbəbdən bütün regionda məhsul qıtlığı yaşanır.

Firdovsi Fikrətzadə onu da bildirib ki, yaxın günlərdə bazara Qusardan və digər bölgələrdən məhsul daxil olduqca, qiymətlər stabilləşəcək.

İnterPosta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26