Interposta.Info

Nazirlik:

Ölkə
 7-07-2017, 18:19     709

Mövsümü olmasına baxmayaraq, bazarlarda pomidorun qiyməti 1 manat - 1 manat 20 qəpikdən ucuz deyil. Təxminən 3 həftə əvvəl qiyməti 60 qəpiyə qədər ucuzlaşan pomidorun indiki vaxtda bu qədər baha olmasının səbəbi nədir?

interposta.info
xəbər verir ki, Modern.az-ın sualını Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev cavablandırıb. Qurum rəsmisi bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı mövsümlə bağlıdır: "Pomidorun qiymətinə gəldikdə, 10 gündən sonra pomidorun açıq sahədə yetişməsi fazası başlayacaq. Bizim hesablamalarımıza görə, təxminən 10 gündən sonra pomidorun qiymətində kəskin ucuzlaşma müşahidə ediləcək. Digər tərəvəzlər- xiyar, badımcanın qiyməti müvafiq olaraq 40-70 qəpik arasında dəyişir. İyulun ikinci yarısından sonra pomidor kütləvi şəkildə bazara çıxarılacaq və qiymətlər 30-40 qəpiyə qədər ucuzlaşacaq”. M.Hacıyev bostan bitkilərinin qiymətinin xeyli ucuz olduğunu vurğulayıb: "Hazırda bostan məhsulları xeyli ucuzdur. Fəslin bu vaxtında qarpızın qiyməti 20-25 qəpiyədir. Tam əminliklə də vətəndaşlarımız qarpız yeyə bilərlər. İnsanlarda psixoloji faktor var ki, guya bu vaxt qarpız yeyəndə zəhərlənmə olur. Əgər məhsul normal yetişir, normal gübrələmə gedirsə, aqrotexniki qaydalara riayət olunursa, niyə zəhərlənmə olsun?

Hazırda rayonlarda qarpızın 1 kiloqramının qiyməti 10-15 qəpiyədir. Biz hesab edirik k, meyvə-tərəvəzin qiyməti fəslin indiki vaxtına uyğundur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26